Üzeyirin naləsi
zerrintac Avqust 8, 2008 13:45
Üzeyirin naləsi
Üzeyir Hacıbəyovun Şuşadakı güllədən deşik olmuş heykəli
Yerimdə uyuya bilmirəm. Bir zaman vətənim üçün bəslədiyim mahnılar, onları bəsləməyə qabar olmuş barmaqlar indi inləyir, vaxtı ikən durmadan çalışan barmaqlar nəinki qəbirdə cəsədimi, hətta ruhumu belə dinc qoymur. Hər zaman erməni alçaqları qəbrimi tapdalayır, üzümə tüfürür. Qəbrim güllələrə tuş gəlir. Bu güllələr sanki qəbrimə deyil, ruhuma dəyir. Ağlayır ruhum. Hardasız axı igidlər, niyə bizləri burda tənha qoymusuz? Kaş sağ olardım, igidlərim üçün mahnı bəstələyib onları ruhlandırardım. Bir yerdə düşmənə hücum edərdik. Eh hardaydı o?
Ruhum, vücudum sızlasa da, yenə ümidini itirmir. İtirmir ona görə ki, bilir bir gün azəri igidləri bizim ahımızı, şəhidlərin qanını, anaların fəryadını yerdə qoymayacaq. Bu an mən də qəbrimdə donmuş kimi olmayacağam. Şəhidlərimizə gözəl mahnılar bəstələyəcəyəm. Nəinki mən, hətta sevincdən Natəvanın yazdığı şerləri bəstələyəcəm, Bülbül də onlar üçün oxuyacaq. Oyanın yatmış aslanlar. Tülkülərin hiyləsinə tuş gəlməyin. Axı bizim kökümüz oğuz türklərindən gəlir. onlar heç zaman yatmazdılar. Həmişə bir olardılar. İndisə birləşin böyük Türk xalqları. Birləşin ki, heç bir vaxt tülkülər biz aslanlara hiylə işlədib sarsıtmasınlar. Mən bilirəm tezliklə nəinki Şuşa, bütün Qarabağ, bütün Türk dünyasının tapdaq olunmuş yerləri azad olacaq. Amin, Amin ay Allah!!!


SALAM EZIZ TÜRK SEVEN QARDAŞLAR. BLOG ÇOOOOOOOOOOOOOX XOŞUMA GƏLDİ. MƏQALƏ İSƏ SUPERDİ. SİZE UĞURLAR.
Avqust 8, 2008 14:45